“Növbəti pandemiyaya hazırlaşmalıyıq” – BMT baş katibibackend

“Növbəti pandemiyaya hazırlaşmalıyıq” – BMT baş katibi

BMT-nin baş katibi dünyanı yeni pandemiyalara hazırlaşmağa çağırıb.

Bu barədə bazar günü BMT-nin baş katibi Antoniu Quterreş məlumat verib. O, qeyd edib ki, hazırkı pandemiya bəşəriyyət üçün sonuncu olmayacaq, yenilərinin yaranmasına hazırlaşmaq lazımdır. “COVID-19 bəşəriyyətin üzləşdiyi son pandemiya olmayacaq. Mövcud sağlamlıq böhranını həll edərkən, növbəti pandemiyaya hazırlaşmalıyıq”, – Quterreş tviter hesabında yazıb. “Beynəlxalq Epidemiyaya Qarşı Hazırlıq Günündə gəlin bu məsələyə layiq olduğu diqqəti və sərmayəni göstərək”, – dünya təşkilatının rəhbəri çağırıb.

  •  (0)
  •  (1)