Norveçdə helikopter qəzası – Ölənlər varbackend

Norveçdə helikopter qəzası – Ölənlər var

Norveçdə helikopter qəzası baş verib.

“Qafqazinfo” xəbər verir ki, “Helitrans” şirkəti tərəfindən istifadə olunan “Airbus AS350” helikopteri Alta şəhərindən cənub-qərbdə qəzaya uğrayıb.

Qəza nəticəsində 4 nəfər ölüb, 1 nəfər itkin düşüb, daha bir nəfər isə yaralanıb.

Faktla bağlı araşdırma aparılır.

Hokm.az

  •  (0)
  •  (0)