Nizami rayonundan olan şəhid ailələri üçün ödənişsiz tibbi aksiya – FOTOLARbackend

Nizami rayonundan olan şəhid ailələri üçün ödənişsiz tibbi aksiya – FOTOLAR

Azərbaycanda dövlətin şəhid ailələrinə dəstək və qayğısına əlavə töhfə vermək məqsədilə yeni aksiyaya start verilib. Milli Məclisin deputatı Könül Nurullayevanın təşəbbüsü ilə iki həftədən çoxdur, Nizami rayonundan olan 37 şəhid ailə üzvləri və onların doğmaları üçün ürək əməliyyatı da daxil olmaqla, ödənişsiz tibbi müayinə və müalicə aksiyası keçirilir. Müalicə respublikamızın kifayət qədər peşəkar həkim heyətinə malik olan aparıcı  özəl xəstəxanalarından biri tərəfindən həyata keçirilir. Deputat bildirib ki, aksiya çərçivəsində şəhid ailə üzvlərinə xəstəliyindən asılı olmayaraq, müxtəlif növ tibbi müayinələr, laborator analizlər və cihazlar vasitəsilə tam yoxlanış, o cümlədən ehtiyac yarandığı təqdirdə lazımi əməliyyatların icra olunması kimi vacib xidmətlər təqdim olunur.

“Mən öz adımdan xəstəxananın baş həkiminə, eləcə də bütün peşəkar heyətə göstərdikləri dəstəyə görə təşəkkürümü bildirirəm. Şəhidlik zirvəsinə ucalmış vətən oğullarının ailə üzvlərinə diqqət və qayğı ilə yanaşmaq, onlara dəstək olmaq hər birimizin mənəvi borcudur. Əminəm ki, aksiyada iştirak edən şəhid ailə üzvləri də tez bir zamanda şəfa tapıb, öz sağlıqlarına qovuşacaqlar”, – deyə Könül Nurullayeva bildirib.

  •  (0)
  •  (0)