Niyə “AstraZeneca” yaşı 60-dan çox olanlara vurulur? – Səbəb açıqlandıbackend

Niyə “AstraZeneca” yaşı 60-dan çox olanlara vurulur? – Səbəb açıqlandı

COVAX platformasının dəstəyi ilə istehsal olunan AstraZeneca vaksininin 60 yaşdan yuxarı şəxslərə vurulması həmin vaksinin məhdud sayda olması ilə bağlıdır.

Hokm.az Trend-ə istinadən xəbər verir ki, bunu Tibbi Ərazi Bölmələrini İdarəsetmə Birliyinin (TƏBİB) infeksion xəstəliklər üzrə işçi qrupunun həkim-infeksionisti Nəzrin Mustafayeva deyib.

O bildirib ki, bu vaksin ölkəyə məhdud sayda gətirilib və buna görə də ilkin mərhələdə yaşlı və xroniki xəstəliklərdən əziyyət çəkənlərə vurulması nəzərdə tutulub: “Bu, vaksinasiya ilə bağlı mövcud standartda da qeyd olunub”.

  •  (0)
  •  (0)