Niyə 2 doza “Sinovac” vurduranlar peyvənd olunmamış hesab edilir?-AÇIQLAMAbackend

Niyə 2 doza “Sinovac” vurduranlar peyvənd olunmamış hesab edilir?-AÇIQLAMA

Türkiyəli mütəxəssislər 2 doza “Sinovac” peyvəndi vurduranların hazırda peyvənd olunmamış hesab edildiyini bildirirlər. Onlar qeyd edirlər ki, insanda koronavirus əleyhinə 70-80 % immunitet yaratmaq üçün 2 doza “Sinovac” peyvəndi yetərsiz qəbul olunur.

Məsələ ilə bağlı Sonxeber.az-a infeksionist Nicat Əzimli açıqlama verib.

O bildirib ki, 3 aya qədər “Sinovac”ın qoruma xüsusiyyəti digər vaksinlərlə müqayisədə olduqca aşağıdır:

“Hazırda Azərbaycanda da, qonşu ölkə Türkiyədə də ən geniş şəkildə tətbiq olunan vaksin “Sinovac”dır. Pandemiyanın əvvəlində onun effekti sübut olundu. Həqiqətən də yaxşı effekt verdi. Geniş tətbiq olunduğu ərazidə kəskin azalma müşahidə olunurdu.

Amma yeni variantlar bu vəziyyəti dəyişdi. Hazırda “Delta” və digər variantlarda “Sinovac”ın effektivliyi olduqca aşağıdır. 3 ayı ötmüş xəstələr tamamilə qorunmasızdırlar. 3 aya qədər isə “Sinovac”ın qoruma xüsusiyyəti digər vaksinlərlə müqaisədə yenə də olduqca aşağıdır.

Buna görə də inkişaf etmiş ölkələrdə bu “inaktiv” vaksinlər əvəzinə “”mRNT” və “Vektor” vaksinlərinə daha çox üstünlük verilir.

Azərbaycanda da bu vaksinlər var. Lakin geniş şəkildə tətbiq olunan vaksinlər bunlar deyil. Yaxşıdır ki, bizdə hər kəs özü könüllü şəkildə istədiyi vaksini seçə bilər.

Məsləhət görürəm ki, vətəndaşlar vaksinasiyada mümkün qədər “mRNT” və “Vektor” vaksinlərindən istifadə etsinlər. Bu vaksinlər daha yaxşı immunizasiya verir, daha uzunmüddətli qoruyucu xüsusiyyəti var. Lakin nə qədər yaxşı, effektiv hesab edilsə də, hətta “Pfizer” vurduranlar da 6 aydan sonra tam qorunmamış sayılırlar. Həmin şəxslərin immuniteti olduqca zəifləyir və onlar yenidən gücləndirici “buster” dozanı da almalıdırlar”.

  •  (1)
  •  (1)