Noyabrın 8-də saat 23 radələrində Cəlilabad rayonunun Alar kəndi ərazisində ağır yol qəzası baş verib.
Hokm.az xəbər verir ki, Ələt-Astara magistral yolunun 128-ci kilometrliyində kənd sakinləri T.Bayramovun idarə etdiyi “VAZ-21214” və İ.Rəsulovun idarə etdiyi “Mercedes” markalı avtomobillər toqquşub. Nəticədə T.Bayramovun sərnişini, 1995-ci il təvəllüdlü Adəm Əlizadə xəstəxanaya yerləşdirilib. O, noyabrın 9-da xəstəxanada ölüb.
Baş İstintaq və Təhqiqat İdarəsi tərəfindən araşdırma aparılır.