Nişanlı qıza təcavüz edən taksi sürücüsünün oğlundan ŞOK SÖZLƏR: “O qadın atamla…” – FOTObackend

Nişanlı qıza təcavüz edən taksi sürücüsünün oğlundan ŞOK SÖZLƏR: “O qadın atamla…” – FOTO

Nişanlı qıza təcavüz etdiyi deyilən taksi sürücüsünün oğlu və həyat yoldaşı iddiaları təkib ediblər.

Hokm.az Sonxeber.az-a istinadən xəbər verir ki, “Səni axtarıram” veriişinə müraciət edərək valideynlərini axtaran Günəşin başqa qadından olan qardaşı ataları Şahinin onun anasına təcavüz etmədiyini bildirib:

“Atam 2008-ci ildə ürək tutmasından dünyasını dəyişib. O zaman mənim 18 yaşım var idi. Bu günə kimi biz də öz ayaqlarımızın üzərində dayanmışıq. Atam öləndə anam çox cavan idi. Anam çox əzab çəkib. 3 qardaşım və anamla biz həyatla mübarizə aparmışıq. Bu məsələ çıxandan sonra da çox qarışıqlıq çıxdı. Biz də o qadını araşdırdıq. Əgər başqası olsaydı, biz onun üçün hər şey edərdik. Təki o, xoşbəxt olsun. Atam o qadına təcavüz etməmişdi. O qadınla atam arasında olanlar könüllülük əsasında olub. Hamı bilir ki. təcavüzdən uşaq dünyaya gəlmir. Əgər atamın o uşaqdan xəbəri olsaydı, mütləq sahib çıxardı. Çünki atamın uşağının olmadığı vaxta düşürdü. Qadın atama desəydi ki, övladın var, mümkün deyil ki, atam o uşağa sahib çıxmasın. Əgər qadın vaxtında desəydi, bu gün Günəş sizin efirinizə çıxıb atasını və anasını axtarmazdı. Günəş də, biz də günahsızıq. Bütün günah o qadındadır. Təcavüz söhbətindən sonra biz ona heç inanmırıq. Biz DNT analizi istəyirik. O qadına baxan kimi bilinir ki, başqa aləmin adamıdır və təcavüzə uğraması məsələsi də yalandır. Biz bu rayonda yaşayırıq. Burda yaşayan bir insan haqqında 15 dəqiqə içərisində məlumat ala bilirik. Bu qadın haqqında heç yaxşı sözlər deyilmir. O ədəbli və əxlaqlı ailədə böyüsəydi, biz Günəşi qəbul edərdik. Bu gün bizim onunla görüşməyimiz mümkün deyil. Biz də bu məsələnin arxasınca düşüb, hər şeyi aydınlaşdırmışıq. Ona görə də bizim Günəşlə görüşümüz mümkün deyil”.

Nişanlı qıza təcavüz edən taksi sürücüsünün oğlundan ŞOK SÖZLƏR: "O qadın atamla..." - FOTO

Nişanlı qıza təcavüz edən taksi sürücüsünün oğlundan ŞOK SÖZLƏR: "O qadın atamla..." - FOTO

Nişanlı qıza təcavüz edən taksi sürücüsünün oğlundan ŞOK SÖZLƏR: "O qadın atamla..." - FOTO

  •  (0)
  •  (0)