26 yaşlı qız nişanlısı tərəfindən qətlə yetirilib.
Hokm.az milli.az-a istinadən xəbər verir ki, Moskvada yaşayan 26 yaşlı Marina Pankratova toyuna sayılı günlər qalmış öldürülüb.
Onu nişanlısı Alexander Voronin baltalayıb. Qadının yarıçılpaq cəsədi yaşadığı evin yataq otağından tapılıb.
Cinayətin səbəbi bilinmir. Lakin Marina bir müddət əvvəl nişanlısı tərəfindən şiddət görməsi barədə yaxınlarına məlumat verib.
Hadisəni törədən Aleksandr Voronin hadisə yerindən qaçıb.
Xüsusi kəşfiyyat idarəsinin polkovnikinin qohumu olduğu deyilən Aleksander Voroninin axtarışı davam etdirilir.



















