Nişanlı cütlüyün hamamdan çılpaq cəsədləri tapıldıbackend

Nişanlı cütlüyün hamamdan çılpaq cəsədləri tapıldı

Qrupla istirahətə gedən nişanlı cütlüyün otel hamamında cansız bədənləri tapılıb.

Hokm.az milli.az-a istinadla xəbər verir ki, hadisə Cənubi Afrikanın Kape bölgəsində yaşanıb.

Nişanlıların toy günlərinə sayılı günlər qaldığı bir vaxtda 25 yaşlı Con Voslo və 28 yaşlı Mari Hoon qrupla tətilə çıxıb.

Bədənlərində heç bir iz olmayan cütlük qəsəbədən bir qədər kənarda qaldıqları otel hamamında ölü tapılıblar. Onların oteldə sızan qazdan boğulduqları ehtimal edilir.

Səhər otaqdan çıxmayan cütlüyün çılpaq və hərəkətsiz bədənləri ilə qarşılaşan dostları şok keçiriblər.

Dərhal polis bölməsinə məlumat verilib və nişanlıların dəm qazından zəhərlənərək öldüyünü təsbir ediblər.

  •  (0)
  •  (0)