“Nikoil” bankın elan etdiyi təcrübə proqramı qalmaqala səbəb olub.
Hokm.az xəbər verir ki, təcrübə proqramı ilə bağlı banka müraciət edənlər qarşılaşdıqları vəziyyətlə bağlı etirazlarını sosial şəbəkədə paylaşıblar.
Jalə Rzayeva adlı istifadəçinin sözlərinə görə, bank onlara təcrübə proqramı adı altında buklet paylamağı təklif edib. “Sədərək” ticarət mərkəzində vətəndaşlara buklet paylayaraq bank sahəsində geniş “təcrübə” əldə edəcəklərini bildirib və hətta bu işin müqabilində onlara 90 AZN məbləğində ödəniş də olacağını söyləyiblər.
Bu məlumat “Facebook” sosial şəbəkəsində geniş müzakirələrə səbəb olub. Bankın təcrübə əldə etmək istəyən gənclərdən bu yolla sui-istifadə etdiyi bildirilib.


Hokm.az
















