Nigeriyada DƏHŞƏTLİ TERROR: 9 nəfər öldü, çox sayda yaralı varbackend

Nigeriyada DƏHŞƏTLİ TERROR: 9 nəfər öldü, çox sayda yaralı var

Nigeriyanın Borno əyalətində “Boko Haram” terror təşkilatının hücumu qeydə alınıb.

Hokm.az xəbər verir ki, əyalətin valisi Babaqana Zulumun avtomobil karvanına edilən hücum nəticəsində 9 nəfər ölüb.

Onlardan 7-si əsgər, 2-si yerli təhlükəsizlik işçisi olub. Çox sayda yaralı var.

Əyalət valisi xəsarət almadan xilas olub.

Qeyd edək ki, B.Zulum son 3 ayda 2 dəfə “Boko Haram”ın hücumuna məruz qalıb.

Nigeriyada 2000-ci ildən bəri fəaliyyətdə olan “Boko Haram” 2009-cu ildən bu yana şiddətli hücumlar təşkil edir. Nəticədə 20 mindən çox insan həlak olub.

Terror təşkilatının hücumları səbəbilə minlərlə insan köç etmək məcburiyyətində qalır.Publika.az

  •  (0)
  •  (1)