Neymar karyerasının ən böyük səhvini etdi – ÇL finalında iştirak etməyə bilərbackend

Neymar karyerasının ən böyük səhvini etdi – ÇL finalında iştirak etməyə bilər

Neymar UEFA Çempionlar Liqasının yarımfinal matçı sonrası “Leyptsiq”in hücumçusu Marsel Halstenberq ilə köynəyini dəyişdiyi üçün cərimələnə bilər.

Hokm.az offsideplus.az-a istinadla xəbər verir ki, ötən gecə baş tutan “Paris Sen-Jermen” – “Leyptsiq” qarşılaşmasından sonra Neymar və rəqib komandanın oyunçusu köynəklərini dəyişib.

Braziliyalı oyunçunun koronavirus qaydalarını pozduğuna görə Çempionlar Liqası finalına buraxılmama riski var.

Çempionlar Liqası başlamazdan əvvəl verilən məlumatlara görə, formalarını dəyişən oyunçular bir oyun cəzası almalı və 12 gün ərzində özünü təcrid etmək məcburiyyətindədirlər.

  •  (1)
  •  (0)