Netanyahu yeni hökuməti quracaqbackend

Netanyahu yeni hökuməti quracaq

İsrail prezidenti Reuven Rivlin Likud partiyasının sədri Binyamin Netanyahuya yeni koalisiya hökumətini formalaşdırmağı tapşırıb.

Hokm.az xəbər verir ki, 52 deputat prezidentə koalisya hökuməti formalaşdırmaq üçün Netanyahuya mandat verməyi təklif edib.

Prezident deyib ki, namizədlərin heç biri 61 deputatın səsini ala bilmədiyi üçün hökuməti qurma funksiyalarını Binyamin Netanyahuya həvalə edir.

B.Netanyahu 28 gün ərzində koalisiya hökuməti formalaşdırmalıdır. Əgər bu müddət ərzində hökuməti qura bilməsə, baş nazir prezidentdən mandatının daha 14 gün uzadılmasını istəyə bilər. Bu müddətdə də koalisiya qurulmazsa, mandat başqa deputata verilə və ya parlamentə qaytarıla bilər. Azvision

  •  (0)
  •  (0)