Bakı Dövlət Universitetinin Beynəlxalq jurnalistika kafedrasının professoru, filologiya elmləri doktoru, Azərbaycan Respublikasının əməkdar jurnalisti Nəsir Əhmədli bu gün səhər saatlarında dünyasını dəyişib.
Bu barədə Hokm.az-a Bakı Dövlət Universitetindən məlumat verilib.
Əməkdar jurnalist Tovuzda dəfn olunacaq.
Nəsir Əhmədli uzun zamandır şəkər xəstəlikdən əziyyət çəkirdi.
Nəsir Əhmədli 1942-ci ildə Tovuz rayonunun Alakol kəndində anadan olub. 1971-ci ildə BDU-nun Jurnalistika fakültəsini bitirib. 2004-cü ildən “Beynəlxalq jurnalistika” kafedrasında çalışırdı. Tədris etdiyi fənlər: “Jurnalistin nitq mədəniyyəti”, “Azərbaycan Beynəlxalq Radiosu: tarix və ənənə”, “Xüsusi kurs”, “KİV xaricə siyasi informasiya yayımı sistemində”. 100-dən artıq elmi məqalənin, 3 monoqrafiyanın, 1 dərsliyin, 5 dərs vəsaitinin, bütövlükdə 15 kitabın müəllifidir. 10 elmlər namizədinə rəhbərlik edib, 1 elmlər doktorunun, 11 elmlər namizədinin rəsmi opponenti olub. Beynəlxalq radio yayımının jurnalistikanın bütün sahələrinə tətbiq edilə biləcək model-sxemini hazırlayıb.
“Media açarı-2006”-ya, Ali Media Mükafatına, müxtəlif diplom və Fəxri Fərmanlara layiq görülüb.
Azərbaycan Yazıçılar və Jurnalistlər Birliyinin , Azərbaycan Mətbuat Şurası İdarə heyətinin üzvü olub.