Nərimanovda gənc qız yol qəzasında yaralandıbackend

Nərimanovda gənc qız yol qəzasında yaralandı

Bakının Nərimanov rayonunda xəsarətlə nəticələnən yol-nəqliyyat hadisəsi qeydə alınıb.

Hokm.az-ın məlumatına görə, iki avtomobilin toqquşması nəticəsində 1998-ci il təvəllüdlü Əsgərzadə Türkan Zamir qızı xəsarət alıb.

Yaralı təcili tibbi yardımın köməkliyi ilə xəstəxanaya çatdırılıb. Müayinə zamanı ona sol ayağın aşıq-baldır oynağının əzilməsi diaqnozu qoyulub.

Faktla bağlı araşdırma aparılır.report

  •  (0)
  •  (0)