Nərimanov rayon İcra başçısının həbsi gözlənilir – Abdin Fərzəliyevin “torbasını BŞİH tikdi”backend

Nərimanov rayon İcra başçısının həbsi gözlənilir – Abdin Fərzəliyevin “torbasını BŞİH tikdi”

Qurban Məmmədovun evinin söküntüsü dayandırılıb.

Hokm.az ovqat.com-a istinadən xəbər verir ki, Bakı şəhər İcra Hakimiyyətinin “Qafqazinfo”-ya açıqlamasından belə anlaşılır.

Məlumata görə, Bakı Şəhər İcra Hakimiyyətindən “Qafqazinfo”nun sorğusuna cavab olaraq bildirilib ki, söküntü ilə bağlı məhkəmə qərarı yoxdur:

“Məhkəmə qərarı olmadığı üçün hər hansı söküntüdən söhbət gedə bilməz”.

Xatırladaq ki, dünən bütün millətin gözü qabağında həmin ev sökülürdü. BŞİH-nin bu gün media açıqlamasından isə belə çıxır ki, Nərimanov İcra Hakimiyyəti bunu özbaşına edirmiş.

Əgər belədirsə, dünənki şou təkcə Qurban Məmmədova deyil, həm də Azərbaycanın dövlətçilik imicinə qarşı təxribat kimi qiymətləndirilə bilərdi. Bəlkə də məqsəd ölkəmizin hüquqi dövlət olmadığını, qisasçılıq hissiylə idarə olunduğunu dünyaya göstərmək idi. Dövlətlər isə qisasçılıq hissiylə yaşamaz, öz vətəndaşlarından intiqam almaz, sadəcə günahkarları cəzalandırar. Cəzalandırmanın mexanizmi isə hüquq, məkanı məhkəmə orqanıdır. Hansı ki, BŞİH-in də bəyanına görə, Qurban Məmmədovun evinin sökülməsində bu amillərin heç bir mövcud olmayıb.

O halda, dövlət orqanlarının qarşısında yeganə yol qalır: Özbaşına qərarlar verib dövləti çətin vəziyyətdə qoyan icra başçısını cəzalandırmaq. Həm də işdən azad olunmaqla yox. İcra başçısı təxribat törətməklə dövlətin imicini zərbə altında qoyduğuna görə ən ağır maddə ilə göz altına alınmalıdır.

  •  (0)
  •  (0)