Nemət Əliyev: “Üzü qışa doğru sosial vəziyyət daha da ağırlaşacaq”backend

Nemət Əliyev: “Üzü qışa doğru sosial vəziyyət daha da ağırlaşacaq”

‘Əksəriyyət bu il meyvələrə ürəyi istəyən qədər yaxın düşə bilmədi”
Dövlət Statistika Komitəsi 2019-cu ilin yanvar-iyun aylarında istehlak məhsullarının və xidmətlərin qiymətlərinin 2018-ci ilin müvafiq dövrünə nisbətən 2,5 faiz, ərzaq məhsullarının isə 1,3 faiz bahalaşdığını açıqlayıb.
Məlumatda deyilir ki, qiymətlər bu il iyun və iyul ayının birinci yarısında baha olub, ancaq iyulun sonundan başlayaraq qiymətlərdə ucuzlaşma müşahidə olunur:
“Buna görə də, qiymətlərin dəyişməsini 2 ay üzrə deyil, ümumilikdə yarım il üzrə müqayisə etmək lazımdır. Bu dövr ərzində albalının, gilasın, alçanın, əriyin, şaftalının, kələmin, pomidorun, xiyarın, bibərin, badımcanın, göy lobyanın, çuğundurun, yerkökünün, soğanın, sarımsağın, kartofun, energetik içkilərin qiymətlərində ucuzlaşma olub. Ancaq limon, çiyələk, şabalıd və digər mallar bahalaşıb”.
İqtisadçı Nemət Əliyev deyir ki, iyulun sonundan başlayaraq (əvvəlki ayla müqayisədə) ucuzlaşma qeydə alınsa da, əvvəlki ilin eyni dövrü ilə müqayisədə qiymətlər artıb. Odur ki, bu ilin yanvar-iyun dövründə ucuzlaşmaya dair yayılan məlumatlar gerçək deyil: “Bu gedişatla üzü qışa doğru sosial vəziyyət daha da ağırlaşacaq. Meyvə-tərəvəz məhsulları da bahalaşıb. Bu səbəbdən əksəriyyət bu il meyvələrə ürəyi istəyən qədər yaxın düşə bilmədi. Bu üzücü vəziyyət indi də davam edir”.
İqtisadçı deyir ki, bu il nəinki meyvələr, ötən illə müqayisədə, hətta əksər kənd təsərrüfatı məhsulları da əhəmiyyətli dərəcədə bahalaşıb: “DSK isə uydurduğu cəfəngiyyatları üst-üstə qalaqlayaraq ölkə üzrə inflyasiya göstəricisi hesablayıb və guya istehlak malları bu il 2,5 faiz bahalaşıb. Dövlət başçısı İlham Əliyev isə reallıqla əlaqəsi olmayan bu cür rəqəmlərə istinad edərək deyir,”bu, yaxşı göstəricidir”” (meydan.tv)
Hokm.az
  •  (0)
  •  (0)