Bu gün Avropa Liqasının II təsnifat mərhələsinin cavab oyunları keçirilir.
“Qafqazinfo” xəbər verir ki, təmsilçilərimiz “Qəbələ” və “Neftçi” də cavab matçlarına çıxıb.
Rusiyada keçirilən ilk oyunda Tula “Arsenal”ını 1:0 hesabı ilə məğlub edən “Neftçi” cavab matçında da rəqibinə qalib gəlib. Bakılılar rusları 3:0 hesabı ilə darmadağın edərək növbəti mərhələyə adlayıb.
Digər təmsilçimiz “Qəbələ” isə ilk matçda 0:2 hesabı ilə uduzduğu “Dinamo” qarşısında aciz olub. Tbilisində keçirilən qarşılaşma gürcülərin 3:0 hesablı qələbəsi ilə başa çatıb. Bununla da təmsilçimiz mübarizəni dayandırmalı olub.
UEFA Avropa Liqası
II təsnifat mərhələsi, cavab oyunları
21:00. “Dinamo” (Tbilisi, Gürcüstan) – “Qəbələ” – 3:0
Qol: Şengeliya, 68, 88, Karikari, 90+3
Baş hakim: Petri Vilyanen
Baş hakimin köməkçiləri: Riku Vihreavuori, Mika Lamppu
Dördüncü hakim: Dennis Antamo (hamısı Finlandiya)
Hakim-inspektor: Yens Larsen (Danimarka)
UEFA nümayəndəsi: Sergey Lisnik (Moldava)
Tbilisi. Boris Payçadze adına stadion
İlk oyun – 2:0
21:00. “Neftçi” – “Arsenal” (Rusiya) – 3:0
Qol: Rauf Əliyev, 49, Dario Federiko, 89 (pen), Mbodj, 90+3
Baş hakim: Alan Mario Sant
Baş hakimin köməkçiləri: Ona Edvard Spiteri, Roberto Vella
Dördüncü hakim: Malkolm Spiteri (hamısı Malta)
Hakim-inspektor: Mika Peltola (Finlandiya)
UEFA nümayəndəsi: Kuanış Kanapyanov (Qazaxıstan)
“Bakcell Arena”
İlk oyun – 1:0
Fotolar: Nuran Məmmədov



Hokm.az
















