Neftçalada qəribə tikinti: “piyada üçün olmayan” səki – FOTObackend

Neftçalada qəribə tikinti: “piyada üçün olmayan” səki – FOTO

Neftçala sakinləri rayonda magistral yolun kənarında salınan piyada səkisi ilə bağlı narazılıq ediblər.

Ölkə.Az-a daxil olan müraciətdə bildirilib ki, piyadalar üçün nəzərdə tutulan səki ensiz olmaqla yanaşı, işıq dirəklərinin də burada yerləşməsi hərəkəti çətinləşdirir.

Qeyd olunub ki, hansısa valideyn uşaq arabası ilə hərəkət etsə, gərək yoluna davam etmək üçün yolun hərəkət hissəsinə keçsin. Bu da insanlar üçün təhlükə deməkdir.

Sakinlər piyada səkisinin daha geniş və işıq dirəklərinin kənarda yerləşməsi üçün yol kənarında boş ərazi olduğunu bildiriblər.

Məsələ ilə bağlı Ölkə.Az-ın Neftçala Rayon İcra Hakimiyyətinə göndərdiyi sorğuya cavab olaraq bildirib ki, bunula bağlı araşdırma başlanıb.

  •  (0)
  •  (0)