“Biz gənclərə yol açmalıyıq, meydan verməliyik, yeni təfəkkürlü insanlar önəmli vəzifələrə təyin edilməlidirlər. Biz köhnə psixologiyanı bu yollarla qıra bilərik. Cəmiyyətimizi sarsıdan xoşagəlməz hallara ancaq bu yollarla son qoya bilərik. Ona görə rəhbərlik edəcəyiniz rayonlarda işlər sizin fəaliyyətinizdən asılı olacaq.Əgər sizə göstərilən böyük etimadı bütövlükdə doğrultmasanız, bu eyni zamanda cəmiyyətdə də məyusluq yaradacaq. Deyəcəklər ki, yeni insanlar gəldi, gənclərdir, yeni təfəkkürlə, yeni yanaşma ilə, amma eyni yolla gedirlər. Ona görə bir daha sizə ciddi tapşırıram ki, əsas vəzifəniz bütün işləri düzgün qurmaq və xoşagəlməz hallara qarşı ciddi mübarizə aparmaqdır”…
Xatırladaq ki, ölkə başçısı İlham Əliyev martın 5-də yeni təyin etdiyi İsmayıllı və Neftçala rayonlarının icra başçılarını qəbul edərkən onlara bir sıra tövsiyyələr etmişdi. Konkret olaraq ən gənc başçı olaraq təyinat alan Mirhəsən Seyidova isə yuxarıda qeyd etdiyim tövsiyyələri etmişdi.
“Cənab Ali Baş Komandan Mirhəsən Seyidov bir əsgəriniz, xalqın bir xidmətçisi olaraq, Sizin etimadınızı doğrultmadı”.
Bir sıra rayonların icra hakimiyyətlərinin rəhbərlərinin fəaliyyətindəki nöqsanlar onların etimadı doğrultmamalarından xəbər verir. Neftçala İcra Hakimiyyətinin başçısı İsmayıl Vəliyev Dövlət Təhlükəsizliyi Xidməti tərəfindən keçirilən əməliyyat nəticəsində saxlanılanılıb həbs edildikdən sonra cənab Prezident İlham Əliyev tərəfindən rayona yeni icra başçısı, Mirhəsən Seyidovu təyin etdi.
Mirhəsən Seyidov yeni seçiləndə Neftçala sakinlərinin gözləntiləri tamam fərqli idi. Hərkəs İsmayıl Vəliyevin çəkdirdiyi əziyyətlərdən qurtulduğunu və yeni icra başçısını həm prezidentimizin həm də onların etimadını doğruldacağına inanırıdı. Amma çox təəssüf ki, belə olmadı. Təyin olmasının bir ili tamam olmamış “kabinet məmuru” olduğunu sakinlərə sezdirdi. Mirhəsən Seyidov öz fəaliyyətlərini cənab prezidentin qarşısına qoyduğu tələblər səviyyəsində qura bilməyib, vətəndaşların problemlərinə laqeydlik, biganəlik göstərib, insanlarla münasibətdə qeyri-səmimilik və kobudluq nümayiş etdirib, təvazökarlıqdan uzaq hərəkətlərə yol verir. II Qarabağ Müharibəsindən sonra qazi və şəhid ailələri ilə görüşməkdən boyun qaçıran Mirhəsən Seyidov sakinlərin haqqlı tələblərinə məhəl qoymayıb, əhali arasında yenidən “İsmayıl Vəliyev” şokunu yaşatdırır.Prezidentin tövsiyyələrinə baxmayaraq Neftçalanın gənc icra başçısı öz səfasının dalınca qaçır və xalqın cəfasını qətiyyən paylaşmır.
Qeyd edək ki, prezident İlham Əliyev “Regionların sosial-iqtisadi inkişafı” Dövlət Proqramının ikinci ilinin yekunlarına həsr olunmuş toplantıda vurğulayıb ki, ölkədə heç kəs toxunulmaz deyil, əgər bəzi yüksək vəzifəli şəxslər qanunu pozurlarsa, öz vəzifə borclarını yerinə yetirə bilmirlərsə, onlar mütləq cəzalandırılacaqlar. Deyəsən “kabinet”, “kreslo” xəstəliyinə tutulan Mirhəsən Seyidov kimlər tərəfindən nəyə görə seçildiyini unudub. Sələfi olan İsmayıl Vəliyevin 9 illik fəaliyyətindən sonra “kreslodan-həbsə” gedən yolunu unudub.
İsmayıl Vəliyev kimi gününün çox hissəssini restoranlarda keçirən yeni icra başçısının bu günə kimi işi özünə biznes yaratmaq olub.
Təyin olduğunun 2 ayı olardı ki, ölkədə xüsusi karantin rejiminin tətbiq olunduğu bir dövrdə icra başçısının rəhbəri olduğu rayonu hansı səbəbdən tərk edərək Bakıda avtoşluq etdiyi KİV-də böyük marağ və sual doğurmuşdu.
Ümumiyyətlə hal-hazırda Neftçala Rayon İcra Hakimiyyətində dövlət qulluqçularının son həbs hadisələrindən sonra yenidən nəyə və kimə güvənərək belə özbaşınalıqlar etdiyi sakinlərə məlum deyil.
2-3 gün bundan öncə Müslümov Səlim Yanvar oğlunun Azərbaycan Respublikasının əmək və əhalinin sosial müdafiəsi naziri vəzifəsində işlədiyi müddətdə nazirliyin fəaliyyət istiqamətləri üzrə əlillərin və sağlamlıq imkanları məhdud uşaqların reabilitasiyası və sosial müdafiəsinin təşkil edilməsi, işəgötürənlərin əmək, məşğulluq və sosial müdafiə məsələləri ilə bağlı fəaliyyətlərinə dövlət nəzarətinin həyata keçirilməsi və digər səlahiyyətlərin yerinə yetirilməsi zamanı çoxsaylı sui-istifadə hallarına yol verməsinə dair faktlar Dövlət Təhlükəsizliyi Xidmətində araşdırıldı və həbs olundu. Nəzərinizə çatdırmaq istərdim ki hal-hazırda Neftçala Rayon İcra Hakimiyyəti Başçısı Aparatının Sosial-iqtisadi inkişafın təhlili və proqnozlaşdırılması şöbəsinin baş məsləhətçisi vəzifəsində çalışan Zaur Kərimov da indi olduğu kimi Səlim Müslümovun başçılıq etdiyi korrupsiya bataqlığında idi. Bir vaxtlar Neftçala Əhalinin Sosial Müdafiəsi Mərkəzinin müdiri kimi fəaliyyət göstərən və kasıb təbəqə ilə sadəcə oyun oynayan Zaur Kərimova görə, yardım almaq istəyən sakinin evinə və yaşayış vəziyyətinə baxış keçirilirdi. Evində, divanı, ütüsü, televizoru, 50 il əvvəl adında avtomobili, həyətində iti və ya 2 qoyunu olan insanlara yardım düşmürdü. Z.Kərimovun bunu etməkdə məqsədi yardım almaq istəyən vətəndaşı tamamilə zərərsizləşdirmək və dogrudan da sənədlərində problemin olduğuna inandırmaq idi ki, vətəndaş ondan alınan pulun davasını etməsin və sakit dayanaraq problemli səənədlə yardım aldığı üçün sussun. Sosial yardım alan insanların təqribən 300-500 nəfərinin yaşayış səviyyəsi normal idi. Amma buna baxmayaraq onlara yardım verilmirdi. Amma kəndlərdə elə ailələr var ki, acından ölürdü. Onlara isə düşmürdü.
İndiki vəzifəsində də qanunsuzluqlara yol verən Zaur Kərimov sakinlərin haqqını yenə talayır. Belə ki, indiki tutduğu vəzifəsindən sui-istifadə edən Z.Kərimov torpaq satmaqla məşğuldur.
Qarabağda qızğın döyüşlərin getdiyi ərəfədə, hansı ki, elə ailələr oldu ki bir evdən iki övladını şəhid verdi. Zaur Kərimov pul verərək heç bir səbəb olmadan sap-sağlam oğlunu hərbidən yayındırdı. Rüşvətlə qazandığı pul ilə oğluna bahalı avtomobil hədiyyə etdi. “Get kimə şikayət edirsən, et” ifadəsi dilindən düşməyən bir dövlət qulluqçusu kimə güvənir ? Məgər bu dövlətin qanunlarından qorxmur ? Kimə xidmət etdiyini unudub ?
Neftçala rayon İcra Hakimiyyəti Başçısı Aparatının digər bir dövlət qulluqçusu, memarlıq və tikinti şöbəsinin aparıcı məsləhətçisi (mühəndis) olan Elton Əsgərov da elə öz kolleqalarından geri qalmır.Belə ki, Elton Əsgərov sahibkarlara hədə-qorxu gələrək guya ki onların tikdiyi tikililərin qanunsuz olduğunu bildirərək sökdürəcəyini iddia edir. Çarəsiz durumda qalan sahibkarlar min-bir əziyyətlə tikdirdiyi obyektlərinin sökülməyini gözə ala bilmir. Məcbur qalıb Elton Əsgərova rüşvət verir. Bu rüşvətləri bəh-bəhlə götürən Elton Əsgərov, Dövlət Təhlükəsizlik Xidməti tərəfindən həbs olunan əvvəlki memarlıq və tikinti şöbəsinin müdiri Vüqar Nağıyevin aqibətini niyə yaddan çıxarıb ?
Mənzil Kommunal Təsərrüfatı İdarəsinin fəaliyyət dairəsi kifayət qədər genişdir. Bura yol çəkilişi, məktəb və uşaq bağçaları, eləcə də, digər sosial obyektlərin tikintisi və təmiri daxildir. Ümumiyyətlə, mənzil kommunal təsərrüfatı sahəsinə Prezidentimiz cənab İlham Əliyev tərəfindən büdcədən kifayət qədər böyük həcmdə vəsait ayrılır.
Neftçala Mənzil-Kommunal Təsərrüfatı İstehsalat Birliyinin rəisi olan Mehdi Miriyev nazir deyil, komitə sədri deyil, hətta icra başçısı da deyil, departament rəisidir. Məlum məsələdir ki, ona aid olan bu qədər sərvət nə hesabına əldə olunub. Mehdi Miriyev Neftçala Mənzil-Kommunal Təsərrüfatı İstehsalat Birliyin “qohumluq imperiyası” qurub. Belə ki artıq təqaüd yaşına çatmış şəxsləri çıxarıb onları yeni işçilərlə əvəz etmək əvəzinə, heç bir kadr dəyişikliyi etmir. Belə ki adı siyahıda olan şəxslər var ki hansı ki onlar işləmir və həmin şəxslərin kartlarını cibində saxlayır aylıq onların maaşıını özü mənimsəyir. 150 nəfərlik işçi heyətinin siyahıda adının olmasına baxmayaraq, üst-üstə toplasan qurumda heç 70 nəfər yoxdur.
Bu haqqsızlıqlara susa bilməyən, hər zaman öz sosial şəbəkə hesablarında bunu dilə gətirən, Prezident İlham Əliyevin düzgün və uzaqgörən siyasətinə arxalanan, Avropa trolları ilə daima mübarizə aparan Neftçala rayon Bankə qəsəbə sakini sosial media fəalı, videoblogger Mehman Dadaşov bir neçə gündür ki, qanunsuzluqlar törədən dövlət qulluqçuları, məmurlar tərəfindən təzyiqə məruz qalır.

Belə ki, çalışdığı “DOST İŞ MƏRKƏZİ” MMC – Abadlaşdırma üzrə fəhlə işindən heç bir səbəb olmadan uzaqlaşdırılan Mehman Dadaşov bildirir ki, bu həmin insanların ona qarşı qurduğu tələdir. Belə ki, başqa heç bir işi olmayan Mehman Dadaşovun 2 övladı var. Bu cür yollarla onu “sındıracağlarını” və özlərinə tabe edib susduracağlarını düşünən məmurlar fikirləşmir ki yaşadığları ölkə demokratik və söz azadlığının ən önəm verildiyi bir ölkədir. Məgər bilmirlər ki , müstəqil mətbuatın formalaşması və inkişafına xidmət edən siyasət, cənab Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilir ? Ölkəmizdə söz və mətbuat azadlığına, kütləvi informasiya vasitələrinə ən yüksək səviyyədə diqqət və qayğı göstərilir ? Hər zaman Avropa trolları ilə mübarizə aparan, onların saxta üzünü hərkəsə çatdırmaq üçün çalışıb-vuruşan, düzləri dilə gətirən öz qanunlarını bilən, qanunsuzluq, haqqsızlıq olan yerdə heç vaxt susmayan birini siz heç vaxt əzə bilməzsiniz.Sizlər hər nəyə güvənmiş olsanız belə Mehman Dadaşov göydə Allaha yerdə cənab Prezidentimiz İlham Əliyevə güvənir. İnanır ki haqq ədalət öz yerini tapacaq. turantv.az
















