Necə çoxlu pul qazanmaq olar? – Yəhudilərin VARLANMAQ SİRLƏRİbackend

Necə çoxlu pul qazanmaq olar? – Yəhudilərin VARLANMAQ SİRLƏRİ

Bütün dövrlərdə yəhudi millətinin nümayəndələri pul qazanmaq və var-dövlətlərini artırmaq bacarıqları ilə seçiliblər. Bu barədə dillərdə minlərlə əfsanə və lətifə dolaşır. “Forbes” jurnalının siyahısında da ilk yerləri adətən yəhudi milyarderləri tutur. Ümumiyyətlə, yəhudilər hələ qədimdən bankçılıq, sələmçilik və ticarətlə məşğul olublar, xristianlar arasında isə bu cür fəaliyyətlər o qədər də geniş yayılmamışdı. Odur ki, sərvət əldə etmək, iqtisadi müstəqillik qazanmaq və şəxsi maliyyə idarəçiliyi baxımından yəhudilərdən çox şey öyrənmək olar.

Hokm,az bu yazıda oxucuları yəhudilərin varlanma sirləri ilə tanış edib. Gəlin bu sirlərdən birlikdə agah olaq…

Tarixən bütün yəhudilərin hiyləgər və xəsis, açıq-aydın mənfəət əldə etmək arzusu haqqında bir çox stereotiplər mövcuddur. Məsələn, şabat günü (Şənbə) yəhudilər bütün günü dincəlir, “Tövrat” oxuyur və sinaqoqa gedib dua edirlər. Şənbə bütün həftənin bir növ panoramasıdır. Yəhudi təliminə görə, şənbəyə (şabat) müqəddəs gün kimi ehtiram göstərilməlidir, bu o deməkdir ki, həmin günü Allaha həsr etməli və hər cür əmək fəaliyyətindən çəkinilməlidir, bədxərclik isə qəti yolverilməzdir. Yalnız təxirəsalınmaz fəaliyyət formalarına (təcili yardım, polis, yanğınsöndürmə və s.) icazə verilir. Evdə təsərrüfat işləri ilə məşğul olmaq, məsələn, paltar yumaq, yemək hazırlamaq, ev süpürmək də qadağandır. Həmin gün maşın sürməyə, ölüləri dəfn etməyə və s. işlərə də icazə verilmir.

Daha sonra yəhudi əfsanələrindəki İsa Məsihi 30 gümüşə satan, daim pul oğurlayan İuda İskariot obrazı yada düşür. İsa onu hər dəfə bağışlayır və bildirir ki, o, istədiyi qədər pul götürə bilər. İudanın müqəddəsliyə gedən yolu günahdan keçir, o, peyğəmbəri satandan sonra onun kimliyini dərk edir.

Ən məşhur rusdilli ravinlərdən və mühazirəçilərdən biri olan Rav Aşer Kuşnir yəhudilərin pula münasibətinin xüsusiyyətlərindən danışarkən bildirib ki, əslində bu stereotiplər çox şişirdilir və İuda İskariotun yəhudilərlə heç bir əlaqəsi yoxdur. Ancaq yəhudilərin pul sevgisinin qarşısını heç bir halda ala bilmərsiniz. Azərbaycanlılardan fərqli olaraq, yəhudilər xüsusən iş adamları həmişə pul yığırlar və yığılmış maliyyəni döşək altında saxlamırlar. Gələcək qazancı əvvəlcədən hesablayır və investisiyanı ən sabit layihələrə yatırırlar. Yəhudilər riskli layihələrdən də qorxmurlar. Birincisi, həmişə B, hətta C planları olur. İkincisi, Allahın sevimli bəndələri olduğuna inanan yəhudilər əmindirlər ki, Tanrı onları heç vaxt darda qoymayacaq və yenidən pul qazanmalarına kömək edəcək. Yəhudilər öz sərvətlərini daim itirmək əndişəsi də yaşamırlar, Allaha inam onlara gələcəyə dair güvən hissi verir.

Dünya iqtisadiyyatı bir xalqdan asılı ola bilərmi?

“Levada” mərkəzinin sorğusunun nəticələrinə əsasən, insanlar əksər milyonerlərin var-dövlətlərini haram yollarla qazandıqlarına inanırlar. Varlana bilməyən təbəqə öz hərəkətsizliyini “Kasıb olsam da, vicdanlıyam” fikri ilə əsaslandırırlar. Yəhudilər isə öz növbəsində hesab edir ki, varlanmaq üçün dürüst biznes qurmaq lazımdır. Bu, “Tövrat”ın təməl qaydalarından biridir!

Pul qazanmaq istəyi uşaqlıqdan aşılanır və həyatları boyu onlara bələdçilik edir. Bundan əlavə, onların pula münasibətləri İQ səviyyəsi və dünyagörüşü ilə də birbaşa əlaqəlidir. Yəhudilər pulu qazanc mənbəyinə çevirməyi bilən bir xalqdır. Bu, yalnız pula qənaət etməyinizə deyil, qazanmanıza da imkan verir. Həyat rutinlərini dəyişməkdən, komfort zonasından çıxmaqdan və gəlir əldə etmək üçün yeni yollar axtarmaqdan çəkinmirlər.

Puldan pul qazanmağın ən məşhur yolu ağıllı investisiya yatırımı etməkdir ki, bu da istənilən halda risklidir. Ancaq məşhur deyimdəki kimi: “Əldə etdiyin gəlir səni qane edir” sualı yəhudi millətini yormur. Dünyanın ən varlı adamlarından biri olan Larri Ellison “Risk etmirsənsə, deməli yaşamırsan” prinsipinə əməl edir. Milyarder Maykl Blumberq də inanır ki, risk etməkdən qorxan insanı uğur və var-dövlət gözləmir, ən yaxşı halda orta səviyyədən yuxarı qalxmır.

Odur ki, dünyanın ən böyük sərmayəçilərinin yəhudilər olması təəccüblü deyil. Puldan pul qazanmaq lazımdır! Onların əsas inancı bax bu təlimin üzərində qurulub. Yəhudi sərmayəsinin xüsusiyyəti uzunmüddətli və vacib layihələrə yönəlməsidir. Yəhudi ailəsində böyümüş milyarder Larri Peyc bu prinsipə əməl edir. Larrinin sözlərinə görə, düzgün investisiya odur ki, onu 10-15 il gələcəyə yatırasınız və xeyrini dərhal gözləməyəsiniz. Ancaq riskli layihəyə investisiya qoyan iş adamı böhrandan qaçmağın yollarını da hesaba qatır.

Ümumiyyətlə, folklor əfsanələrində də olduğu kimi, yəhudilər arxı tullanmadan “Bərəkallah” deməyə tələsmirlər. Heç bir halda bütün pulları bir kazinoda xərcləmirlər. Bu xalqın nümayəndələri hər addımını diqqətlə ölçür, layihə şübhəlidirsə, başqa bir işə investisiya qoymalısınız və ən qısa müddətdə.

Daimi gəlir axtarışları

Yəhudi filosofu və ilahiyyatçısı Musa Maimonides qeyd edib ki, yəhudilər bütün pullarını üç bərabər hissəyə bölür: biri – daşınmaz əmlak, bir hissəsi biznesin inkişaf etdirilməsinə, qalan hissəsi nağd olaraq qalır. Yəhudilər qənaət etdikləri pulu evdə corab və ya donuz banklarında saxlamırlar, əksinə, işə qoyurlar. İstənilən mərhələdə – həm başlanğıcda, həm də uğurun zirvəsində öz müəssisələrinin inkişafı üçün əllərindən gələni etməyə hazırdırlar. “Hamı pulun yoxluğundan şikayətlənir. Amma ağlın azlığından şikayətlənən yoxdur!”, “Tanrı kasıbları ən azı bahalı günahlardan qoruyur”, “Pulsuzluğun acısı daha betərdir, nəinki pullu olmağın sevinci”, “Pul yeyən doymaz” və s. atalar sözü bunu bir daha təsdiq edir.

Hər hansı səbəbdən şəxsi biznesini qurmağa çətinlik çəkir və ya ciddi əngəllərlə qarşılaşırsa, yəhudi heç bir halda təslim olmayacaq, vəziyyəti düzəltməyin yollarını axtaracaq və ya yeni bir layihə üzərində plan quracaq. Yadınızda saxlayın ki, yəhudilər taleyinə boyun əyməyi sevmir.

Marketinq hiyləgərlikləri

Müasir marketinq strategiyaları istehlakçıların ani impulsları üçün nəzərdə tutulub. Bir çox fəndlər statuslarını vurğulamaq istəyən insanlara yönəldilir: markalı əşyalar və bahalı alətlər hər uğurlu insanın zəruri atributları kimi təqdim olunur. Bu, heç bir şəkildə yəhudi millətinin nümayəndələrinin dünyagörüşünə uyğun gəlmir. Yeni çıxan telefon modeli almaqdan ötrü yəhudilərin günlərlə növbədə dayandığını görə bilmərsiniz. Yəhudilər bir aylıq və ya bir illik xərclərini əvvəlcədən planlaşdırırlar. Odur ki, impulsiv alış-veriş onlara yaddır.

Gəlirlər reklam olunmur

Müvəffəqiyyətli yəhudilər tanışları bir yana, tanımadıqları adamlara da qazancları barədə danışmırlar, hətta sosial şəbəkələrdə göstərişdən qaçırlar. Bundan əlavə, öz sərvətlərinin miqdarından asılı olmayaraq onu başqalarına təsir bağışlamaq üçün bahalı qızıl saatlara, flaqman smartfonlara, ən son model avtomobillər və ya marka geyimlərə xərcləmirlər. “Facebook”un təsisçisi, milyarder Mark Zukerberqun bütün qarderobu sadə boz köynək və cinslərdən ibarətdir.

Yalnız ölünü diriltməyi bacarmırlar!

Yoxsul olmaq axmaqlıqdır, yəhudilər inanırlar ki, həmişə pul qazanmaq olar!

Yəhudilər müflis olmaqdan da qorxmur, ruhdan düşməsəniz, itirilmiş sərvətin ikiqatını geri qaytarmaq mümkündür. Bir sözlə, yəhudilərin əlindən bircə ölünü diriltmək gəlmir.

“Max Factor” markasının prezidenti Linda Coy Vaçner yolunu ən aşağı nöqtədən başlayıb. Uşaq ikən 2 il gipsdə olmasına baxmayaraq, ən vacib keyfiyyəti – özünə hörməti itirmədi. Linda heç bir işdən qorxmurdu: kollec tətillərində mağazada satıcı işləyirdi.

Məzun olduqdan sonra həftədə 90 dollar gəlir gətirən şirkətin sahibi oldu və tezliklə bazarda öz yerini tutdu. Bütün bunlar ona marketinq sahəsində əvəzsiz təcrübə qazandırdı və arzusunun həyata keçməsinə – öz şirkətini açmağa kömək etdi. Lindanın peşəkarlığı sayəsində “MaxFactor” gözəllik sənayesində ən populyarlardan birinə çevrildi. Yəhudi evdar qadınlar da məişət işləri ilə kifayətlənmirlər. Lillian Menaşe Vernon 23 yaşında ikinci uşağına hamilə olanda hədiyyə və suvenir kataloqu işinə başladı.

Yəhudilər hesab edir ki, dünyada heç bir şeyi pulsuz əldə etmək olmaz. İstənilən işin xərci var. Hər bir yəhudi işəgötürənin müqəddəs vəzifəsi işçilərinə maaşları vaxtında ödəməkdir, bu da müdirlə tabe olduğu şəxs arasında etibarın qorunmasına imkan verir. Əmək haqqındakı gecikmə onun nüfuzunu zəiflədir, müvafiq olaraq işçi vəzifələrini daha pis şəkildə yerinə yetirməyə başlayır və bu, əlavə xərclərə və ya müəssisədəki mümkün zərərlərə birbaşa yoldur. Bundan əlavə, yəhudilər bilirlər ki, vaxt itkisi pul itkisinə bərabərdir. Satışa yeni bir məhsulun buraxılmasının gecikməsi də itkilərə səbəb ola bilər. Lillian Vernon əmindir ki, uzanan marketinq araşdırmasını əvvəlcədən aparmaqdansa, uğurlu olmasa da, bazara yeni məhsul buraxmaq daha sərfəlidir. Çünki hələ bazarda olmayan bir şeyə istehlakçıların necə reaksiya verəcəyini təxmin etmək mümkün deyil.Publika.az

  •  (0)
  •  (0)