Nazirlikdən XƏBƏRDARLIQ – Aprelin 19-da…backend

Nazirlikdən XƏBƏRDARLIQ – Aprelin 19-da…

Aprelin 19-da gecə və səhər saatlarında Bakı-Şamaxı-Yevlax, Bakı-Quba, Bakı-Ələt-Qazax, Quba-Qusar, Quba-Xaçmaz, Göyçay-Ucar, Ağsu-Kürdəmir-Bəhramtəpə, Yevlax-Zaqatala, Gəncə-Daşkəsən, Həkəri-Zəngilan, Qubadlı-Xanlıq, Xankəndi-Xocavənd, Şuşa-Füzuli, Gəncə-Kəlbəcər-Laçın, Lənkəran-Lerik magistral avtomobil yollarının bəzi hissələrində duman ilə əlaqədar olaraq görmə məsafəsinin 500-800 metrədək məhdudlaşacağı gözlənilir.

Hokm.az xəbər verir ki, bu barədə Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Xidmətindən məlumat verilib.

  •  (0)
  •  (2)