Nazirlikdən pensiyalarla bağlı ŞAD XƏBƏR – RƏSMİbackend

Nazirlikdən pensiyalarla bağlı ŞAD XƏBƏR – RƏSMİ

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu tərəfindən mart ayı üzrə pensiyaların ödənişi başa çatdırılıb.

Nazirlikdən Hokm.az-a verilən məlumata görə, martın beşindən başlayaraq əvvəlcə Bakı, Sumqayıt şəhərləri və Abşeron rayonu, martın 16-da isə bölgələr üzrə, eləcə də güzəştli şərtlərlə pensiya hüququna malik şəxslərin pensiyaları ödənilib.

Vətəndaşlar pensiyalarını onlara verilmiş kartlar vasitəsilə müvafiq bankların bankomatlarından əldə edə bilərlər.

  •  (0)
  •  (2)