Nazirlik rəsmisi: “Kürdə suyun azalması fəsadlara səbəb olub”backend

Nazirlik rəsmisi: “Kürdə suyun azalması fəsadlara səbəb olub”

“Geridə qoyduğumuz il Kür çayının sululuğu ilə bağlı çətin dövr yaşanıb”.

Hokm.az xəbər verir ki, bunu Ekologiya və Təbii Sərvətlər Nazirliyinin rəsmi “Facebook” səhifəsində “Ekspert saatı” verilişinin canlı yayımında ETSN-nin Su ehtiyatlarının idarə edilməsi şöbəsinin müdiri Mütəllim Əbdülhəsənov bildirib.

Onun sözlərinə görə, Kür çayında suyun səviyyəsinin azalması müəyyən fəsadlara səbəb olub:

“Tədbirlər nəticəsində əhali çox çətinlik yaşamayıb. Yaz aylarına doğru çayda sululuğun artması gözlənilir”.

O qeyd edib ki, Mingəçevirdə Kür çayının səviyyəsi 2019-cu illə müqayisədə ötən il 1 metr 16 sm yüksək olub:

“Bu da təxminən 5 milyon kubmetrə yaxın su deməkdir”.Oxu.Az

  •  (0)
  •  (1)