Nazirlik Gəncə terrorunda hər iki valideynini itirmiş qardaş-bacını himayəyə götürdü – RƏSMİbackend

Nazirlik Gəncə terrorunda hər iki valideynini itirmiş qardaş-bacını himayəyə götürdü – RƏSMİ

Gənclər və İdman Nazirliyinin kollektivi 11 oktyabra keçən gecə Ermənistan terrorçularının Gəncəyə atdıqları raket hücumu nəticəsində valideynləri Anar Əliyev və Nurçin Əliyevanı itirmiş 16 yaşlı Sevil və qardaşı 8 yaşlı Hüseyni himayəsinə qəbul edib.

Bu barədə Hokm.az-a nazirliyin mətbuat katibi Səmayə Məmmədova məlumat verib.

Onun sözlərinə görə, qurum yetkinlik yaşlarına (18 yaş) çatana qədər uşaqların 500 manat (cəmi) aylıq təminat xərclərini öz üzərinə götürüb.

  •  (0)
  •  (0)