Nazirlik: “COVID-19 anadan körpəyə keçə bilər”backend

Nazirlik: “COVID-19 anadan körpəyə keçə bilər”

Ana südündən körpəyə COVID-19 keçə bilməz.

Hokm.az xəbər verir ki, bu barədə Səhiyyə Nazirliyinin ekspert-mütəxəssisi, ginekoloq-cərrah Emin Haqverdiyev nazirliyin sosial şəbəkələrdəki hesablarına daxil olan sualları cavablandırarkən deyib.

“COVID-19-a yoluxmuş anadan körpəyə virus ana südü ilə keçə bilərmi?” sualına cavab olaraq həkim bildirib ki, aparılan araşdırmalar bunun mümkün olmadığını deməyə əsas verir:

“Ana südündən körpəyə COVID-19 keçə bilməz. Virus anadan körpəyə yalnız süd verərkən tənəffüs yolları vasitəsilə keçə bilər. Bu səbəbdən COVID-19-a yoluxmuş analara süd verərkən tibbi maskanın istifadəsini və gigiyena qaydalarına riayət olunmasını tövsiyə edirik”.

  •  (0)
  •  (0)