Nazirlər təyyarədən enərkən partlayış oldu – Çoxlu sayda ölən var / FOTObackend

Nazirlər təyyarədən enərkən partlayış oldu – Çoxlu sayda ölən var / FOTO

Yəməndə yeni hökumətin kabinet üzvləri ölkəyə gələn anda ard-arda partlayışlar baş verib.

Hokm.az redaktor.az-a istinadən xəbər verir ki, nəticədə, çoxlu sayda insan ölüb və yaralanıb.

Hadisə yeni hökumət üzvlərinin təyyarə ilə Aden hava limanına endiyi an yaşanıb. Nazirlər təyyarənin pilləkənlərində olduğu an ard-arda partlayışlar olub.

Əraziyə hava hücumunun təşkil edildiyi deyilir.

  •  (0)
  •  (0)