Nazirlər Kabinetindən ordu ilə bağlı YENİ QƏRARbackend

Nazirlər Kabinetindən ordu ilə bağlı YENİ QƏRAR

Nazirlər Kabineti “Azərbaycan Respublikası Silahlı Qüvvələrinin, Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun olaraq yaradılmış başqa silahlı birləşmələrin və Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin şəxsi heyəti üçün ərzaq payı normalarının və xidməti heyvanlarının yemləmə normalarının təsdiq edilməsi haqqında” qərarında dəyişiklik edib.

Hokm.az xəbər verir ki, bu barədə Baş nazir Əli Əsədov qərar imzalayıb.

Dəyişikliyə əsasən, Azərbaycan Ordusunun əməliyyat (komando) briqadalarının ərzaq payı normaları Daxili İşlər Nazirliyinin xüsusi təyinatlı dəstələrinin ərzaq payı normalarına uyğun müəyyənləşib.

Sıra

№-si
Ərzaq məhsullarının adı
1 nəfər üçün gündəlik ərzaq norması

(qramla)
1
2
3
1.
1-ci növ buğda unundan bişirilmiş ağ çörək
600
2.
2-ci növ buğda unu
10
3.
Müxtəlif yarmalar
120
4.
Makaron məmulatları
40
5.
Ət
250
6.
Balıq
120
7.
Bitki yağı
40
8.
Kərə yağı
30
9.
İnək südü

və ya qatılaşdırılmış şəkərli süd
100

20
10.
Pendir
20
11.
Toyuq yumurtası (ədədlə)
1
12.
Şəkər
70
13.
Cem (povidlo)
20
14.
Xörək duzu
20
15.
Çay
2
16.
Müxtəlif ədviyyat (istiot, sarıkök, zəfəran və s.)
0,3
17.
Xardal tozu
0,3
18.
Dəfnə yarpağı və ya qurudulmuş göyərti
0,3
19.
Sirkə və ya müxtəlif souslar
2
20.
Tomat pastası
6
21.
Kartof və tərəvəz, cəmi:
850

– kartof
550
– kələm
130
– çuğundur
30
– yerkökü
50
– soğan
50
– xiyar, pomidor, turşu, göyərti
40
22.
Qurudulmuş meyvələr
10
23.
Təbii meyvə və ya giləmeyvə şirələri
100
24.
Vitamin preparatı “Heksavit”
1

  •  (0)
  •  (0)