Nazirlər Kabineti xüsusi karantin rejimi ilə bağlı QƏRAR VERDİbackend

Nazirlər Kabineti xüsusi karantin rejimi ilə bağlı QƏRAR VERDİ

Nazirlər Kabineti “Xüsusi karantin rejiminin müddətinin uzadılması və bəzi məhdudiyyətlərin aradan qaldırılması ilə bağlı tədbirlər barədə” 2021-ci il 26 may tarixli 151 nömrəli qərara dəyişiklik edib.

Hokm.az xəbər verir ki, bununla bağlı baş nazir Əli Əsədov qərar imzalayıb.
Qərara əsasən, 150 nəfərə qədər şəxsin iştirakı ilə təşkil olunan şənlik mərasimlərində iştirak edən yaşı 18-dən yuxarı bütün qonaqların COVID-19-a qarşı tam peyvənd olmaları və ya COVID-19-dan sağalaraq immunitetə malik olmaları barədə təsdiqedici sənədi olmalıdır.

Bundan öncə COVİD pasportu olmadan 50 nəfərin iştirakı ilə toyların keçirilməsinə icazə verilirdi.

  •  (0)
  •  (0)