Nazirin ölümü RƏSMİ TƏSDİQLƏNDİ: Putin və Medvedev başsağlığı verdibackend

Nazirin ölümü RƏSMİ TƏSDİQLƏNDİ: Putin və Medvedev başsağlığı verdi

Rusiya Fövqəladə Hallar Nazirliyinin rəhbəri Evgeny Ziniçev Norilskdə keçirilən təlim zamanı ölüb.

Hokm.az “TASS”a istinadla xəbər verir ki, Rusiya Fövqəladə Hallar Nazirliyi nazir Evgeny Ziniçevin ölümünü təsdiq edib. Nazirlikdən verilən məlumata görə, Ziniçev vəzifəsini yerinə yetirərkən ölüb və bir nəfərin həyatını xilas edib. Ziniçev 18 may 2018 -ci ildən Fövqəladə Hallar Nazirliyinin rəhbəri vəzifəsində çalışıb.

Nazirin ölümü ilə bağlı Rusiya dövlət başçısının mətbuat katibi Dmitri Peskov “TASS”a bildirib ki, Rusiya Prezidenti Vladimir Putin Fövqəladə Hallar Naziri Yevgeni Ziniçevin faciəli ölümü ilə əlaqədar dərin hüznlə başsağlığı verib.

“Prezident Ziniçevin ailəsinə və yaxınlarına başsağlığı teleqramı göndərdi” Peskov bildirib. Rusiya Təhlükəsizlik Şurası sədrinin müavini Dmitri Medvedev də nazir Evgeny Ziniçevin qəfil ölümü ilə bağlı başsağlığı verib.

“Rusiya Fövqəladə Hallar Nazirliyində Evgeny Nikolaevich özünü əsl peşəkar, cəsarətli və fədakar bir insan kimi göstərdi. Şəxsi keyfiyyətləri ilə diqqətli, məsuliyyətli, qayğıkeş bir insan olaraq bizə fədakarlıqa ehtiyacımız olduğunu göstərdi”.

Medvedev əlavə edib ki, Ziniçevlə isti münasibətlər qurublar və uzun illər birlikdə işləyiblər. O, həmçinin ailəsinə və yaxınlarına başsağlığı verib.Metbuat.az

  •  (0)
  •  (0)