Nazirin gizli ÇETEsinin qurbanı olan məmurun məktubu yayıldı – Kamaləddin Heydərovun girov əməliyyatının GİZLİNLƏRİbackend

Nazirin gizli ÇETEsinin qurbanı olan məmurun məktubu yayıldı – Kamaləddin Heydərovun girov əməliyyatının GİZLİNLƏRİ

FHN-də yüksək vəzifə tutan, nazir Kəmaləddin Heydərovun yaxın dostu olmuş Muradov Raqifin sosial şəbəkədə  çox ciddi, hətta dəhşət doğuran məktubu yayılıb.

KAim.az həmin məktubu ixtisarla təqdim edir:

“Xarici ölkə vətəndaşı, dövlətimizin və müstəqilliyimizin əleyhinə çıxan (hara işlədiyi barədə məlumat veriləcək)  Azərbaycandan qovulmuş  həmçinin  ölkəyə girişinə qəti qadağan edilmiş FHN -də yüksək vəzifəli şəxslə bağlı təhlükəli olaa biləcək məlumatlar əldə etdim.

Bütün bunlardan sonra özümün və ailə üzvlərimin faciəli günləri başladı:

Bildirim ki, həmin adam o idi mi,  təcili olaraq K. Heydərovun göstərişi il ona ikili vətəndaşlıq verildi və  Azərbaycan dövlət pasportu ilə təmin edilib. Elcədə məni işdən azad edib, yerimə Azərbaycandan qovulmuş  həmçinin  ölkəyə girişinə qəti qadağan edilmiş şəxsi agentliyin rəisi təyin etdilər (hansı qanun və ya hansı məntiqlə?).

Mən, Azərbaycan Respublikasının “Dövlət qulluğu” və “Korrupsiya Haqqında” qanunlarına zidd olaraq, başqa ölkə vətəndaşının dövlət qulluğuna götürülməsinin əleyhinə çıxış etdim və ölkənin ən ciddi strateji obyektlərinə nəzarətin xarici ölkə vətəndaşına həvalə edilməsinin yolverilməz olduğunu bilirəm, amma  nə dəyişə bilərdim…

Bu hadisədən sonra bu məlumatı mən digər nazir müavinlərinə və baş idarə rəislərinə çatdırdım. Cavab bir oldu: “Biz heç nə edə bilmərik, çalış nazirlə görüş”.  Mən K.Heydərovla görüşmək üçün nazirliyə gedərkən məni  küçədən götürdülər və 15 gün gizli olaraq hüquq-mühafizə orqanlarının zirzəmisində saxladılar. Bu məsələ haqqında danışmamağı tövsiyə etdilər. Mən oradan azad edildikdən sonra yenidən nazir müavini ilə görüşdüm və ona bildirdim ki, bu artıq dövləti reketçilikdir. O, bildirdi ki, sifarişi nazirin göstərişi ilə mən vermişəm və bu bir səhv idi. Hər şeyi yaddan çıxaraq.

Bir neçə ay keçdikdən sonra bankda işləyən oğlumu artıq ləğv olunmuş MTN-in əməkdaşları iş yerindən apardılar və məni MTN-ə dəvət etdilər. Müəyyən danışıqlardan sonra oğlumu azad buraxdılar və “bütün məsələlərin həllini öz nazirliyində axtar” – deyə, mənə xəbərdarlıq edib susmağımı məsləhət gördülər. Və mən hələdə susuram. Amma, artıq  bu haqsızlığa, özbaşınalığa göz yuma bilmərəm…”

Onuda bildirək ki, FHN-də əhəmiyyətli vəzifələrdə çalışmış, mühüm məlumatlara malik olan Rafiq Muradov Kamaləddin Heydərovun onun başına gətirdii hadisə ilə bağlı Prezident İlham Əliyevə də müraciət etdiyini yazıb.

  •  (1)
  •  (0)