Nazirdən meymunçiçəyi haqda açıqlama: “Gərəksiz gündəm yaratmayaq”backend

Nazirdən meymunçiçəyi haqda açıqlama: “Gərəksiz gündəm yaratmayaq”

“Meymunçiçəyi təmas yolu ilə keçir, damcı yolu ilə deyil. Ona görə də epidemiya, pandemiya və ya bu kimi hallara çevrilə biləcəyi mövzu obyekti ola bilməz.  Gərəksiz gündəm yaratmayaq, vətəndaşları narahat etməyək”.

Sfera.az bildirir ki, bunu Türkiyənin səhiyyə naziri  Fahrettin Koca deyib. O, ölkədə virusa yoluxma faktının qeydə alınmadığını deyib:


“Amma meymunçiçəyinə bənzər simptomlar göstərən çoxlu viruslar var. Hər oxşar əlamət üçün meymunçiçəyi deməyək. Mediada bəzi xəbərlər, görüntülər paylaşılır, sonra testlər edirik, mənfi çıxır. Xalqda da,  “niyə gizlədirlər ya açıqlamayıblar, niyə dünyada var,  bizdə rast gəlinmir?” kimi suallar yaranır”

Nazir, həmçinin virusun sıx təmas olan zaman rast gəlinmə ehtimalının çox olduğunu vurğulayıb.

  •  (0)
  •  (0)