Nazirdən Ermənistanın təqdim etdiyi mina xəritələri barədə AÇIQLAMAbackend

Nazirdən Ermənistanın təqdim etdiyi mina xəritələri barədə AÇIQLAMA

“İndiyə kimi Ermənistan tərəfindən təqdim olunan mina xəritələrinin dəqiqlik faizi çox aşağıdır”.

Hokm.az xəbər verir ki, bunu xarici işlər naziri Ceyhun Bayramov jurnalistlərə açıqlamasında bildirib.
Onun sözlərinə görə, həmin xəritələrin dəqiqliyi təxminən 25 faizdir.
“Ermənistan tərəfindən təqdim olunan yeni mina xəritələri mütəxəssislər tərəfindən təhlil edilir. Bunun üçün zaman lazımdır. Bununla da acı faciələrin qarşısını ala bilərik”, – XİN başçısı vurğulayıb.
  •  (0)
  •  (0)