Nazir Ziya Məmmədovun kadrını işdən çıxardıbackend

Nazir Ziya Məmmədovun kadrını işdən çıxardı

Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar naziri Rəşad Nəbiyev Dövlət Avtomobil Nəqliyyatı Xidmətinin rəisi müavini İbrahim Əliyevi tutduğu vəzifədən azad edib.

Hokm.az Qaynarinfo.az-a istinadən xəbər verir ki, R.Nəbiyevin müvafiq əmri ilə İ.Əliyevin yerində Anar Rzayev təyin olunub.

Qeyd edək ki, İbrahim Əliyev sabiq Nəqliyyat naziri Ziya Məmmədovun 21 avqust 2015-ci il tarixli əmri ilə Dövlət Avtomobil Nəqliyyatı Xidmətinin rəisi müavini təyin olunmuşdu.

  •  (1)
  •  (0)