Nazir üç müşavirini işdən çıxardı, ikisinə yeni vəzifə verdibackend

Nazir üç müşavirini işdən çıxardı, ikisinə yeni vəzifə verdi

Energetika naziri Pərviz Şahbazov müşavirlərinin sayını azaldaraq 5-dən 3-ə endirib.

“Report”un əldə etdiyi məlumata görə, nazirin vəzifəsindən azad etdiyi müşavirlər Cavid Abdullayev, Vüsal Musayev və Xalidə Mənsimovadır.

Bunlardan C.Abdullayev nazirlik yanında Bərpa Olunan Enerji Mənbələri Dövlət Agentliyinin direktoru təyin olunub. İndiyə qədər bu quruma rəhbərlik edən Təbriz Əmmayev isə öz xahişi ilə direktor müavini vəzifəsinə keçirilib.

Nazirin digər keçmiş müşaviri X.Mənsimova isə nazirliyin aparat rəhbərinin müavini təyin edilib. İndiyə qədər bu vəzifəni icra edən Rövşən Kərimov isə nazirin yeni müşaviri olub.

P.Şahbazovun digər 2 müşaviri isə əvvəlki qaydada Zəminə Əliyeva və Vüsal Rəcəblidir.

Nazirlikdən məlumatları “Report”a təsdiq ediblər.

  •  (0)
  •  (0)