Nazir: “Şəhid ailələri və müharibə iştirakçılarına verilən təqaüdlər 2 dəfə artırldı”backend

Nazir: “Şəhid ailələri və müharibə iştirakçılarına verilən təqaüdlər 2 dəfə artırldı”

“Zəfər müharibəsindəki Azərbaycanın möhtəşəm qələbəsi şəhidlərimizin və qazilərimizin hesabına əldə olundu”.

Bunu “Report”a Əmək və əhalinin sosial müdafiəsi naziri Sahil Babayev deyib.

O, qeyd edib ki, müharibədən sonra Prezident İlham Əliyevin bütün dövlət qurumlarına əsas göstəriş və tapşırıqları şəhid ailələrinə və müharibə iştirakçılarına diqqət və qayğıların artırılması ilə bağlı oldu:

“Ali Baş Komandanın rəhbərliyi, xalqımızın birliyi ilə Ordumuzun 44 gün ərzində torpağlarımızı işğalından azad etməsindən bir il ötür. Müharibdən sonrakı 1 il ərzində 31 min şəhid ailəsi, müharibə iştirakçıları və əllillərinə xidmət göstərilib. Digər dövlət qurumları da 10 minlərlə müharibə iştirakçısı və şəhid ailələrinə dəstək olublar”.

Nazir bildirib ki, ötən ilin son günlərində Prezident İlham Əliyev tərəfindən şəhid ailələrinin və müharibə iştirakçılarının müavinat və təqaüdlərinin ciddi şəkildə artırılmasına dair qərar verildi:

“Bununla da şəhid ailələri və müharibə iştirakçılarına verilən təqaüdlər 2 dəfə artırldı. Bundan başqa şəhid ailələrinə və müharibə iştirakçılarına mənzillərin və fərdi evlərin verilməsi ilə bağlı Prezident İlham Əliyev tərəfindən iki sərəncam imzalanılıb. Təkcə bu il 3000 ailənin mənzil və fərdi yaşayış evləri ilə təmin ediıməsinə qərar verilib. Bugünki tədbirimizi də nəzə alsaq bu günə qədər 1700 ailəyə mənzil və fərdi yaşayış evləri təyin edilib. Bundan başqa əhalinin digər həssas kateqoriyadan olan hissəsini də nəzərə alsaq bu günə qədər 2000 ailəyə fərdi yaşayış evəri və mənzillər verilib. Digər tərəfdən Vətən müharibəsi iştirakçısı və əlillərinin avtomobillə təmin olunması üzrə proqam davam edir. Cari ildə 144 avtomobil Vətən müharibəsində əlil olan qazilərimizə verilib. Müharibə iştirakçılarına sosial psixoloji dəstəklərin göstərilməsi üçün isə ciddi işlər görülür”.

  •  (0)
  •  (1)