Nazir rüşvət aldığı iddia edilən polisi CƏZALANDIRDI – VİDEObackend

Nazir rüşvət aldığı iddia edilən polisi CƏZALANDIRDI – VİDEO

Baş Dövlət Yol Polisi İdarəsi Abşeron rayonunun Novxanı qəsəbəsində yol polisinin sürücüdən rüşvət alması iddiası ilə bağlı yayılan videogörüntülər haqda açıqlama verib.

İdarənin ictimaiyyətlə əlaqələr şöbəsinin rəisi, polis polkovnik-leytenantı Namidan Piriyev unikal.org-a açıqlamasında bildirib ki, yayılan videogörüntülərlə bağlı araşdırma yekunlaşıb:

“Həmin polis əməkdaşının rüşvət alması faktı təsdiqlənməyib. O, xidmət zamanı sürücü ilə lüzumsuz danışıqlara, yersiz hərəkətlərə yol verdiyinə görə intizam qaydasında cəzalandırılıb”.

  •  (1)
  •  (0)