Nazir “Qarabağ”ın oynunu izləmək üçün Fransaya getdi – VİDEObackend

Nazir “Qarabağ”ın oynunu izləmək üçün Fransaya getdi – VİDEO

“Qarabağ” klubunun “Marsel”ə qarşı UEFA Konfrans Liqasının pley-off mərhələsində keçirəcəyi ilk oyun üçün Fransada səfərdə olan gənclər və idman naziri Fərid Qayıbov maraqlı paylaşım edib.

Nazir feysbuk hesabında matçın keçiriləcəyi “Velodrom” stadionunun videosunu yayımlayıb.

F.Qayıbov postda “Oyun günü: komandamıza uğurlar!” yazıb.

Pekin-2022 Qış Olimpiya Oyunlarında Azərbaycan fiqurlu konkisürəni Yekaterina Ryabovanın qısa proqramda çıxışını izlədikdən sonra nazir Fransaya yollanıb. O, ötən gün “köhlən atlar”ın baş meneceri ilə birlikdə komandanın məşqində iştirak edib.

Matçın təhlükəsizlik baxımından riskli olduğunu nəzərə alan nazir “Qarabağ”ın yanında olmağı və bu gün qarşılaşmanı stadiondan izləyəməyi vacib sayıb.

“Marsel” – “Qarabağ” qarşılaşması Bakı vaxtı ilə saat 00:00-da başlayacaq. Komandalar arasındakı cavab matçı bir həftə sonra Bakıda olacaq.

  •  (0)
  •  (0)