Nazir polkovnikə vəzifə verdibackend

Nazir polkovnikə vəzifə verdi

Daxili işlər orqanında kadr dəyişikliyi olub.

Hokm.az-ın məlumatına görə, bu barədə daxili işlər naziri general-polkovnik Vilayət Eyvazov müvafiq əmr imzalayıb.

Əmrə əsasən, polis polkovnik-leytenantı Elnur Həsənov Gəncə Şəhər Baş Polis İdarəsinin 2-ci Polis Şöbəsinin Xidmət üzrə rəis müavini vəzifəsindən azad olunaraq Samux Rayon Polis Şöbəsinin əməliyyat işləri üzrə rəis müavini təyin olunub.

Eyni zamanda, polis mayoru Kərim Paşayev Samux Rayon Polis Şöbəsinin İctimai Təhlükəsizlik Bölməsinin sahə rəisi vəzifəsindən azad olunaraq həmin şöbənin İctimai Təhlükəsizlik Bölməsinə rəis təyin olunub. (oxu.az)

  •  (0)
  •  (0)