Nazir polis polkovnikini təqaüdə göndərdi – FOTObackend

Nazir polis polkovnikini təqaüdə göndərdi – FOTO

Daxili işlər naziri, general-polkovnik Vilayət Eyvazov polis polkovnikini təqaüdə göndərib. 

Oxu.Az-ın məlumatına görə, nazirin imzaladığı müvafiq əmrə əsasən, polis polkovniki Faiq Şabanov Daxili İşlər Nazirliyinin (DİN) Baş Narkotiklərlə Mübarizə İdarəsinin rəis müavini vəzifəsindən azad olunub.

Qeyd edək ki, F.Şabanov 2013-2018-ci illərdə Gəncə Şəhər Baş Polis İdarəsinin rəisi vəzifəsində çalışıb.

DİN-dən məlumat saytımıza təsdiq edilib.

 

  •  (2)
  •  (0)