Nazir Mariupoldakı təxliyələrlə bağlı açıqlama veribbackend

Nazir Mariupoldakı təxliyələrlə bağlı açıqlama verib

Mariupolda Türkiyə və digər ölkə vətəndaşlarının dəniz vasitəsilə təxliyəsi üçün gəmi dəstəyi verə bilər. Bunu Türkiyənin milli müdafiə naziri Hulusi Akar jurnastlərin suallarını cavablandırarkən bildirib.

“Ukraynaya humanitar yardımın çatdırılması, eləcə də digər ölkələrin vətəndaşlarının, xüsusən də Ukraynadakı Türkiyə vətəndaşlarının təhlükəsiz şəkildə Türkiyəyə təxliyə edilməsini təmin etmək üçün Rusiya və Ukrayna hakimiyyət orqanları ilə koordinasiyalı şəkildə işi davam etdiririk.

Qısa müddətdə müsbət irəliləyişlər gözləyirik, buna ümid edirik”, – nazir vurğulayıb.

Mariupol şəhərinin meri Vadim Boyçenko mətbuat konfransında bildirib ki, əhərinin mövcud infrastrukturunun 90 faizi dağıdılıb, onun 40 faizi də bərpa oluna bilməz.

Mer Mariupola gələn bütün humanitar yüklərin Rusiya hərbçiləri tərəfindən əngəlləndiyini də qeyd edib. Onun dediyinə görə, şəhər sakinlərinin təxliyəsi üçün göndərilən avtobusların heç biri gəlib çıxmayıb.

“Hazırda şəhərdə 100 mindən çox əhali təxliyə olunmalıdır. Bunun üçün hər şey edirik, amma mümkün deyil”, – Mariupol meri əlavə edib.

Müharibənin ilk günlərindən Rusiya qüvvələrinin təcavüzünə məruz qalan Ukraynanın Mariupol şəhərində humanitar faciə baş verir. Şəhərdə mühasirədən dolayı davam edən aclıq, susuzluq fonunda insanlar mütəmadi bombardımandan səbəbindən qəbiristanlığa gedə bilmir və həlak olan yaxınlarını şəhərin küçələrində, evlərin həyətlərində dəfn etməli olurlar.

2022-ci ilin fevralın 24-də Rusiya Silahlı Qüvvələri Ukraynanın “denasifikasiya və demilitarizasiyası”, habelə Donetsk və Luqansk “respublikalarının ərazi bütövlüyünün” təmin olunması məqsədilə ölkəyə şərq, cənub və şimal istiqamətlərdən hücuma başlayıb.

Hücum bugünə kimi davam edir.

  •  (0)
  •  (0)