Nazir COVİD-19-dan vəfat edən rəisin yerinə Heydərovu təyin edib – FOTObackend

Nazir COVİD-19-dan vəfat edən rəisin yerinə Heydərovu təyin edib – FOTO

Fövqəladə Hallar Naziri, general-polkovnik Kəmaləddin Heydərov Binəqədi rayon Dövlət Yanğından Mühafizə Hissəsinə rəis təyin edib.
Qaynarinfo-nun məlumatına görə, K.Heydərovun müvafiq əmri ilə bu vəzifəyə FHN-nin daxili xidmət polkovnik-leytenantı Bəradə Heydərov əvvəlcə rəis əvəzi, daha sonra isə rəis olaraq təsdiqlənib.
B.Heydərov bundan əvvəl Binəqədi rayon Yanğından Mühafizə Hissəsinin 2 saylı Yanğından Mühafizə bölməsinin rəisi olub.
Qeyd edək ki, Binəqədi rayonu üzrə Dövlət Yanğından Mühafizə Hissəsinin rəisi, daxili xidmət polkovniki Kamil Şərbətov bu ilin yanvarında koronavirusdan dünyasını dəyişib.

Polkovnik Kamil Şərbətov
  •  (1)
  •  (2)