Nazir: “Cəbrayıl, Suqovuşan, Zəngilanda yeni məktəblər tikiləcək”backend

Nazir: “Cəbrayıl, Suqovuşan, Zəngilanda yeni məktəblər tikiləcək”

“Qarabağ zəfəri Azərbaycan təhsili üçün də yeni bir səhifə açıb”.

Hokm.az xəbər verir ki, bunu təhsil naziri Emin Əmrullayev Heydər Əliyevin 99-cu ildönümü ilə əlaqədar şagirdlər arasında keçirilmiş “Ən yaxşı təqdimat” müsabiqəsi qaliblərinin təltif olunması mərasimində deyib. Onun sözlərinə görə, Azərbaycan məktəbi bu gün zəfər çalmış ölkənin məktəbidir:

“Bu gün təhsilimizin qarşısında bir sıra ümdə məsələlər durur. Şuşada və Ağdamda məktəblər tikilir. Sevindirici haldır ki, ən birinci tikilən binalar elə məktəb binaları olub. O cümlədən Cəbrayılda, Suqovuşanda, Zəngilanda yeni məktəblər tikiləcək. Azad olunmuş ərazilərimiz zəng səsinə qovuşacaq”.apa

  •  (0)
  •  (0)