Nazir bu qurumu ona həvalə etdi – Yeni Təyinatbackend

Nazir bu qurumu ona həvalə etdi – Yeni Təyinat

Xəbər verdiyimiz kimi, İqtisadiyyat Nazirliyinin Sahibkarlığın İnkişaf Fondu İdarə Heyyyətinin sədri Kənan Nəcəfov bu ilin 11 avqustunda Azərbaycan Respublikası Prezidentinin müvafiq Sərəncamı ilə SOCAR-ın vitse-prezidenti vəzifəsinə təyin olunub.

Hokm.az xəbər verir ki, Qaynarinfo-ya daxil olan məlumata görə, İqtisadiyyat naziri Mikayıl Cabbarovun müvafiq əmri ilə Sahibkarlığın İnkişaf Fondu İdarə Heyyyətinin sədri vəzifəsi müvəqqəti olaraq Osman Xalıyevə həvalə edilib.

Osman Xalıyev həmçinin İdarə Heyəti sədrinin müavini təyin olunub.

Qeyd edək ki, Osman Xalıyev 2019-cu ilə Kənan Nəcəfovun icraçı direktor olduğu “Yeni Kapital” şirkətində məsləhətçi vəzifəsini daşıyıb. Daha əvvəl Osman Xalıyev Mərkəzi Bankın Mərkəzləşdirilmiş Kredit Reyestr xidmətində çalışıb.

  •  (0)
  •  (0)