Nazir agentliyin rəisini işdən çıxardı – Yeni rəis təyin etdibackend

Nazir agentliyin rəisini işdən çıxardı – Yeni rəis təyin etdi

Fövqəladə Hallar Naziri, general-polkovnik Kəmaləddin Heydərov Su Ehtiyatları Dövlət Agentliyinin rəisi Yaşar Abbasovu oktyabrın 18-də vəzifəsindən azad edib.

Hokm.az-ın Qaynarinfo-ya istinadən məlumatına görə, K.Heydərovun müvafiq əmri ilə, bu vəzifəyə Hikmət Məmmədov təyin olunub.

 

Qeyd edək ki, polkovnik H.Məmmədov uzun illər Dövlət Gömrük Komitəsində çalışıb. Balakən gömrük-keçid məntəqəsinin rəisi vəzifəsində də işləyib. O, 4 yanvar 1959-cu ildə Quba rayonunun Qonaqkənd qəsəbəsində anadan olub. Azərbaycan Dövlət Universitetinin tarix və Azərbaycan Respublikası DİN-nin Polis Akademiyasını bitirib.

  •  (0)
  •  (0)