Nazir açıqladı – Azərbaycanda bu sahədə 16 min yeni iş yeri açılacaqbackend

Nazir açıqladı – Azərbaycanda bu sahədə 16 min yeni iş yeri açılacaq

Prezident İlham Əliyevin Daşkəsən rayonuna səfəri çərçivəsində “AzerGold” QSC-nin “Çovdar” İnteqrə olunmuş Regional Emal Sahəsinə, “Mərəh” qızıl mədəninə diqqəti qeyri-neft sektorunun əsas sahələrindən olan dağ-mədən sənayesinə verilən böyük önəmin göstəricisidir.

Hokm.az xəbər verir ki, bunu iqtisadiyyat naziri Mikayıl Cabbarov bildirib.

“Bu sahənin inkişafında xüsusi rolu olan “AzerGold”un 2035-ci ilə qədər əlvan və qara metal yataqlarının səmərəli istismarı ilə ölkənin məcmu ümumi daxili məhsuluna (ÜDM) 21,9 milyard manatlıq töhfə verilməsi, 16 minə yaxın işçi cəlb etməsi proqnozlaşdırılır”, – deyə o, qeyd edib.

  •  (0)
  •  (0)