Nazir 3 yüksək vəzifəli şəxsi İŞDƏN ÇIXARDIbackend

Nazir 3 yüksək vəzifəli şəxsi İŞDƏN ÇIXARDI

2021-ci ilin ötən dövrü ərzində vəzifəsindən azad edilən Milli Park direktorlarının sayı açıqlanıb.

Hokm.az xəbər verir ki, bu barədə Oxu.Az-ın sorğusuna cavab olaraq Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Bioloji Müxtəlifliyin Qorunması Xidmətinin rəisi Firuddin Əliyev bildirib.

Onun sözlərinə görə, 2021-ci ilin ötən dövrü ərzində öz vəzifə funksiyalarını layiqincə yerinə yetirə bilməyən əməkdaşlar olub:

“Bu ilin ötən dövrü ərzində üç Milli Parkın direktorunun əmək müqaviləsinə xitam verilib, bir neçə əməkdaş barəsində isə inzibati qaydada tədbir görülüb”.

  •  (0)
  •  (0)