Nazim İbrahimovun qardaşının şirkətinin özbaşınalıqları – VİDEObackend

Nazim İbrahimovun qardaşının şirkətinin özbaşınalıqları – VİDEO

Bakı şəhər, Nərimanov rayon sakinləri “Nehrəm” MTK-nın özbaşınalıqlarından şikayətçidirlər.

Hokm.az xəbər verir ki, bu barədə sakinlər “Reaksiya Tv”-yə bildiriblər ki, sözügedən MTK-nın Nərimanov rayonu, Həsən Əliyev 33, Məhəllə 945-də inşa etdirdiyi yeni və köhnə çoxmərtəbəli yaşayış binaları arasında ara məsafəsi qorunmur, həmçinin yeni binanın tikintisində təhlükəsizlik qaydalarına əməl olunmur.

Sakinlərə satılan binadakı mənzillərin çıxarışı sahiblərinə verilmir. Əhalinin “Nehrəm” MTK-ya verdiyi kommunal ödənişlər isə aidiyyatı dövlət qurumlarına ödənilmir.

Qeyd edək ki, “Nehrəm” MTK-nın təsisçisi “ATV” televiziyasının sabiq prezidenti Tağı İbrahimovdur.

  •  (0)
  •  (0)