Naxçıvanda məktəb çökməsində ölənlərin – Fotolarıbackend

Naxçıvanda məktəb çökməsində ölənlərin – Fotoları

Ötən gün saat 12 radələrində Naxçıvan Muxtar Respublikasının Babək rayon Nehrəm qəsəbəsi 3 saylı tam orta məktəbində aparılan yenidənqurma işləri ilə əlaqədar binanın bir hissəsi uçub və nəticədə 4 nəfər ölüb.

“Qafqazinfo” hadisədə ölən şəxslərin fotolarını əldə edib.

Bunlar 1972-ci il təvəllüdlü Həsən Abbasəli oğlu Əliyev, 1961-ci il təvəllüdlü İbrahim Xəlil oğlu Məhərrəmov, 2000-ci il təvəllüdlü Qadir Nizami oğlu Süleymanov və 1988-ci il təvəllüdlü  Asəf İsmayıl oğlu Rüstəmovdur.

Faciəvi hadisədə həlak olan şəxslər Nehrəm qəsəbə qəbiristanlığında torpağa tapşırılıb.

Hadisə nəticəsində 1996-cı il təvəllüdlü Alı Əliyev xəsarət alıb.

Ölən şəxslər Dövlət Şəhərsalma və Arxitektura komitəsinin Babək rayon idarəsində fəhlə işləyirdi.

 

  •  (0)
  •  (1)