Naxçıvanda işdən çıxarılıb həbs olunan məmurlar – SİYAHIbackend

Naxçıvanda işdən çıxarılıb həbs olunan məmurlar – SİYAHI

Xəbər verdiyimiz kimi, 17 il Naxçıvanın daxili işlər naziri olmuş Əhməd Əhmədov və muxtar respublikanın sabiq təhsil naziri Məmməd Qəribov həbs olunublar. 
Hokm.az Yeni Sabah-a istinadən bildirir ki, 2016-2018-ci illərdə Naxçıvan Muxtar Respublikasının təhsil naziri vəzifəsində çalışmış  Məmməd Qəribov mənimsəmə, vəzifə səlahiyyətlərindən sui-istifadə kimi əməllərdə ittiham edilir.

 

Əhməd Əhmədovun isə nədə ittiham olunduğu hələlik açıqlanmayıb.
Bildirək ki, NMR-da vəzifədən azad olunan şəxslərin həbs edilməsi “ənənəsi” mövcuddur. Naxçıvanda işdən çıxarılandan sonra həbsə göndərilən vəzifəli şəxsslərin natamam siyahısını təqdim edirik:
Keçmiş milli təhlükəsizlik naziri Vəli Ələsgərov, həbsdədir;
Keçmiş təhsil naziri Məmməd Qəribov, həbsdədir;
Keçmiş daxili işlər naziri Əhməd Əhmədov, həbsdədir.
İşdən çıxarılan və hazırda istintaqa çağırılan MR rəsmilərinin  siyahısı:
Keçmiş maliyyə naziri Xalid İsgəndərov;
İqtisadiyyat naziri Famil Seyidov;
Keçmiş Dövlət Gömrük Komitəsinin sədri Asəf Məmmədov;
Naxçıvan şəhər icra hakimiyyətinin başçısı Vüqar Səfərov;
Vergilər naziri Əli Mahmudov;
“Naxçıvan” Əlahiddə Sərhəd Diviziyasının komandiri Asəf Quliyev;
Baş nazirin birinci müavini Asəf Məmmədov.
  •  (0)
  •  (0)